AZ

Yeni virusa yoluxanların sayı sürətlə ARTIR - Bu şəxslər diqqətli olsun!

 

ABŞ-də “Listeria” bakteriyasına yoluxma halları artıb.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb. Kaliforniya ştatında bir körpənin öldüyü, digər 4 ştatda isə 9 nəfərin “Listeria” bakteriyasına görə xəstəxanaya yerləşdirildiyi bildirilib.

 

Açıqlamada, Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib. Qurum bu istiqamətdə araşdırmaların davam etdiyini bildirib.

 

Qeyd edək ki, “Listeria” qida infeksiyalarına səbəb ola bilən bir bakteriya növüdür. Ən çox yayılmış növü “Listeria monocytogenes”dir. Bu bakteriya tez-tez süd məhsulları, çiy ət və işlənmiş ət kimi qidalarda aşkarlanır. Bu virus, xüsusilə immuniteti zəif olan insanlarda, hamilə qadınlarda, yaşlılarda və körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Günay

Sfera.az

Seçilən
32
sfera.az

1Mənbələr