2019-cu ildə seçkilərdə qalib gəldiyini bildirən Boliviyanın keçmiş prezidenti Evo Morales ABŞ-nin yeni prezidenti Donald Trampın ona qarşı çevrilişi maliyyələşdirdiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Koçabamba şəhərində tərəfdarları ilə görüşən Morales Donald Trampı sərt tənqid edib.
“Donald Tramp 2019-cu il çevrilişinin lideridir. (Boliviya prezidenti Luis Arse nəzərdə tutulur) Arse çevriliş liderini təbrik edir, bunu anlamıram” deyib.
Latın Amerikasında heç bir solçunun ABŞ hökumətini müdafiə etməsini gözlənilməyəcəyini vurğulayan Morales, Arsenin öz gücünü təmin etmək üçün Birləşmiş Ştatlara güvəndiyini iddia edib.
Morales xalqın onu yenidən prezident kimi görmək istədiyini də bildirib və Boliviya Konstitusiya Məhkəməsinin namizədliyini əngəlləyən qərarını qanuni saymadığını bildirib.
Qeyd edək ki, 20 oktyabr 2019-cu ildə Boliviyada keçirilən prezident seçkilərindən sonra müxalifət səslərin saxtalaşdırıldığını iddia edib və tərəflər qarşılıqlı şəkildə tərəfdarlarını küçə nümayişlərinə çağırıblar.
Müxalifətin təzyiqi və ordunun tələbi ilə Morales prezident postunu tərk edərək Meksikaya gedib və orada sığınacaq alıb.
Evo Morales müxtəlif vaxtlarda verdiyi açıqlamalarda onun hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-nin əli olduğunu bildirib.