AZ

Qlobal ətraf mühit hüquqları müdafiəçisi: "Biz milyardlarla yox, trilyonlarla maliyyə istəyirik"

"Maliyyənin 250 milyard dollar olduğunu görmək biabırçılıqdır".

Bu sözləri hakimiyyet.az-a açıqlamasında Qlobal insan və ətraf mühit hüquqları müdafiəçisi Muhammed Lamin Saidixan deyib.

O bildirib ki, Qlobal Cənub üçün bu məbləği qəbul edə bilməzlər:

"Biz iqlim böhranının ağır yükünü daşıyırıq. İqlim böhranını həll etmək üçün çox maliyyə tələb olunur. Qlobal Şimal bunu təşkil və təmin etməlidir. Biz milyardlarla yox, trilyonlarla pul istəyirik. Milyard çox xırda bir rəqəmdir. Bizim ehtiyacımız bundan da çoxdur. Qlobal Cənub cüzi məbləğ öhdəliyi götürə bilməz, çünki bu iqlim böhranını həll də bilmir. İqlim böhranını həll edə biləcək hər hansı bir lazımi məbləği və ya hər hansı keyfiyyət məbləğini, kəmiyyəti təmin etmədiyiniz halda, pul verilmiş kimi davranmaq riyakarlığına yol verə bilmərik".

Müdafiəçi qeyd edib ki, danışıqların son saatları liderlik, qərar verməyi tələb edir:

"Ümid edirik ki, Avropa Birliyi və digərləri kimi, şimal ölkələri də Qlobal Cənubdan və fəalların masaya pul qoymaq çağırışlarını eşidəcəklər.

ABŞ və digərləri - iqlim cinayətkarlarına görə məsuliyyət daşıyan bütün bu zəngin ölkələr masaya pul qoyacaqlar.

Biz ümid edirik ki, onlar fəryad səsimizi eşidəcəklər. Biz ağlamırıq, yalvarmırıq. Bu xeyriyyə deyil, insanların həyatı və dolanışıq haqqıdır. Məhz bu səbəbdən pullar masaya qoyulmalıdır".

Aygün Mirakif

Seçilən
83
2
hakimiyyet.az

10Mənbələr