![ÜST:](https://e-saglam.az/storage/news/middle/images/2024/11/ust1.webp)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" xəstəliyinin (meymunçiçəyi) yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin saxlanılması barədə qərar qəbul edib.
![](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, "mpox" (meymunçiçəyi) xəstəliyinin artması səbəbindən, 2022-ci ilin avqustundan sonra ikinci dəfə noyabrın 22-də fövqəladə komitənin toplandığını açıqlayıb.
Ekspertlər, xəstəliyin beynəlxalq səhiyyə sahəsində fövqəladə vəziyyət olaraq qalmasına qərar veriblər.
ÜST-ün məlumatına görə, xəstələrin sayının artması və "mpox"un coğrafi yayılması, əlaqələndirilmiş cavab tədbirləri tələb edir.
2022-ci ilin yanvarından 2023-cü ilin sentyabrınadək 123 ölkədə 236 ölüm hadisəsi daxil olmaqla, 109,699 təsdiqlənmiş "mpox" hadisəsi qeydə alınıb.
E-saglam.az