Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son vaxtlar qızılla yanaşı kriptovalyutaya da investisiya aləti kimi baxanların sayı çoxalıb.
Qızıl və kriptovalyutalar fərqli xüsusiyyətlərə malik investisiya alətləridir və hər birinin özünəməxsus risk və gəlir potensialı var.
Maliyyə analitikləri qızıl və kriptovalyutalara investisiya mövzusunda müxtəlif fikirlər irəli sürürlər.
Onlar düşünürlər ki, qızıl əsrlər boyu dəyər saxlayan ənənəvi investisiya vasitəsi kimi tanınır. İnflyasiya və iqtisadi qeyri-müəyyənlik dövrlərində təhlükəsiz liman hesab edilir. Qızılın qiymətində kəskin dalğalanmalar nadir hallarda baş verir, bu da onu daha sabit investisiya aləti edir.
Kriptovalyutalar isə qısa müddətdə yüksək gəlir gətirə bilsə də, eyni zamanda yüksək risk və volatilliklə xarakterizə olunur. Maliyyə eksperti Aleksandr Ryabinin qeyd edir ki, kriptovalyuta bazarı nisbətən yeni və yüksək dəyişkənliyə malikdir, bu da texniki analiz üsullarının əksəriyyətinin uyğun olmamasına səbəb olur.