Pakistanın şimal-qərbində tayfalar arasında baş verən qarşıdurmada 35 nəfər həyatını itirib.Ölkənin Xeyber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsi tez-tez qəbilə qarşıdurmalarına səhnə olur.Milli mətbuatın təhlükəsizlik qüvvələrinə əsaslanaraq verdiyi xəbərə görə, Kürramda sünni və şiə qəbilələri arasında qarşıdurma baş verib.Silahlı şəxslər Baqan və Baça Kot bölgələrində dükanları, evləri və dövlət əmlaklarını yandırıblar.Qarşıdurmalarda 35 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.Adını açıqlamayan polis rəsmisi, "Kürrəmdə zorakılıq səbəbilə təhsil müəssisələri bağlanıb. Tərəflər ağır və avtomatik silahlarla bir-birini hədəfə alır" deyib.Əfqanıstanla sərhəddəki Kurram bölgəsində tayfalararası zorakılıq hallarının artacağı ilə bağlı narahatlıqlar var.Qeyd edək ki, 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta