Xəbər verdiyimiz kimi, Prezidentin İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.
Bakupost.az xəbər verir ki, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov 1975-ci ildə Moskvada doğulub.
X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.
2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.
Xəyyam Məmmədovun son iş yeri isə Azərsığorta ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.