AZ

Amerika Birləşmiş Ştatları ''Google'' şirkətini məhkəməyə verməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları ''Google'' şirkətini məhkəməyə verməyə hazırlaşır. ABŞ Ədliyyə Departamentinin Vaşinqton Bölgə Məhkəməsinə təqdim etdiyi 23 səhifəlik sənəddə ''Google''un qeyri-qanuni monopoliya yaratdığı iddia edilib. Sənəddə şirkətin ''Chrome'' brauzerini satmasının rəqibləri üçün daha bərabər oyun sahəsi yaradacağı irəli sürülüb.

ABŞ-ın federal hakimi Amit Mehta avqust ayında verdiyi qərarda ''Google'' şirkətinin axtarış sistemi və reklam bazarındakı mövqeyindən sui-istifadə etdiyini bildirib. Sənəddə onlayn axtarış bazarının 90 faizini əlində saxlayan ''Google''dan ağıllı cihazlarla bağlı bağladığı müqavilələri ləğv etməsi də tələb olunub.

''Google'' şirkətinin dekabr ayında öz təklifini məhkəməyə təqdim edəcəyi gözlənilir. Məsələ ilə bağlı ilk dinləmə aprel ayında keçiriləcək. Gələcək etirazlardan asılı olaraq, qərarın qəbul edilməsi isə illər çəkə bilər.



Seçilən
3
1
trt.net.tr

2Mənbələr