AZ

Bu ölkələr “Şenqen”ə qoşulur

Türkiyədən qeyri-qanuni mühacirət problemi səbəbilə 10 ildən artıqdır “Şengenə” tam üzvlük üçün gözləyən Rumıniya və Bolqarıstanın qarşısındakı Avstriya maneəsi aradan qalxdı. 

"Cebheinfo.az" xəbər verir ki, prosesin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Bolqarıstan və Rumıniyanın Aİ daxilində sərbəst hərəkəti tənzimləyən “Şengen” sazişində tam şəkildə iştirak etməsi üçün heç bir maneə qalmayıb.

Bildirilib ki, Aİ-nin müddətli sədrliyi Macarıstanın paytaxtı Budapeştdə bu gün Avstriya, Bolqarıstan, Rumıniya və Macarıstan daxili işlər nazirlərinin iştirakı ilə keçirilən iclasda saziş imzalanıb və Avstriya vetosunu ləğv edib.

Budapeştdə keçirilən görüşdə iştirak edən Avstriyanın daxili işlər naziri Gerhard Karner, "Doğru istiqamətdə daha bir qəti addım atdıq" deyib.

Avstriya, Rumıniya və Bolqarıstan arasında imzalanan “sərhəd mühafizə paketi” Bolqarıstan-Türkiyə sərhədində müştərək sərhədçilərin yerləşdirilməsini nəzərdə tutur. 

Karner bəyan edib ki, razılaşmaya əsasən, “müəyyən müddət ərzində quru yollarda müvəqqəti nəzarət həyata keçiriləcək”.

İclasa ev sahibliyi edən Macarıstanın daxili işlər naziri Şandor Pinter Rumıniya və Bolqarıstanın Şengenə tam üzvlüyünə bir addım daha yaxınlaşdıqlarını və ilin sonuna qədər prosesi başa çatdırmaq üçün aydın imkanın olduğunu bildirib. 

Macarıstanlı nazir bildirib ki, iki ölkə Bolqarıstan-Türkiyə sərhədində ən azı 100 sərhədçini birgə yerləşdirməli olacaq.

Yekun qərarın dekabrın 12-də Aİ daxili işlər nazirlərinin görüşündə qəbul ediləcəyi gözlənilir. İki ölkənin “Şengen”in tamhüquqlu üzvü olması üçün Aİ-yə üzv olan 27 ölkənin yekdilliyi tələb olunur.

2007-ci ildə Aİ-yə üzv olan və 2010-cu ildə bütün texniki şərtləri yerinə yetirsələr də, müxtəlif Aİ ölkələrinin vetoları səbəbindən “Şengen” üzvlüyünü 10 ildən çox gözləyən iki ölkə 2022-ci ildən Avstriyanın vetosunda ilişib qalıb. 

Rumıniya və Bolqarıstan bu ilin mart ayında Şengen zonasına qismən daxil edilib və hava limanlarında və dəniz limanlarında nəzarət aradan qaldırılsa da, Avstriyanın vetosuna görə quru sərhəd nəzarəti davam edib.

Türkiyəyə qonşu olan iki ölkədən Aİ-yə nizamsız miqrasiya riski səbəbiylə quru nəzarətlərinin qaldırılmasını dəstəkləməyən Avstriya, qeyri-qanuni miqrasiya və sığınacaq müraciətlərində əhəmiyyətli bir azalma olduğu səbəbiylə etirazından imtina edib.

1985-ci ildə yaradılan “Şengen” zonasına Aİ-nin 27 ölkəsindən 25-i ilə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir. Dünyanın ən böyük sərbəst hərəkət zonası olan regionda 400 milyondan çox insan yaşayır. Hər gün təxminən 3,5 milyon insan Aİ daxilində sərhədləri keçir.

Aİ-nin icra orqanı olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında qeyd edib ki, Avstriya, Rumıniya və Bolqarıstan arasında əldə olunan razılaşmanı alqışlayır və iki ölkənin Şengenə tamhüquqlu üzv olması lazımdır və son maneənin quru sərhədlərindəki nəzarətlər oldu. 

Rəsmi qərarın tezliklə veriləcəyi mesajını verən fon der Leyen, "Gəlin 2025-ci ildə Şengenin daha da güclənəcəyini görəcəyik" deyib.

Budapeştdəki iclasda iştirak edən Avropa Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson sosial mediada paylaşdığı mesajda “Bu, “Şengen”də Bolqarıstan və Rumıniyanın bütün vətəndaşları üçün tam azadlığın təmin edildiyi əla bir gündür və mən çox xoşbəxtəm” deyib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr