AZ

Bölgə klubundan ayrılan baş məşqçi: "Belə davam etmək çətin idi"

Xəbər verdiyimiz kimi, Vüqar Nadirov "Haypers Quba"nın baş məşqçi postundan ayrıldı.

Milli komandamızın sabiq üzvünün gedişi təəccüb doğurmaya bilməz.

Çünki onun klub rəhbəri ilə çox yaxın münasibətləri var.

Nadirov təkcə ikinci liqa təmsilçisinin baş məşqçisi deyildi.

Bölgə klubunun sıfırdan formalaşmasında böyük xidmətləri olub.

Son günə kimi baş məşqçi olmaqdan əlavə klubun digər işlərində də aktiv fəaliyyət göstərirdi.

Heç "Haypers Quba"nın çempionatda da işləri çox pis getmirdi.

Deputant hazırda 18 xalla turnir cədvəlində 4-cüdür.

Görəsən, belə olan halda tanınmış hücumçu niyə ona doğma olan ünvandan ayrılmaq qərarı verib?

Sportinfo.az-a açıqlama verən Nadirov ayrılıq qərarını belə şərh edib:

"Buradan ayrılmaq mənə də çətin idi. Sıfırdan komandanı qurub bura gətirmişdim. Amma qismət belə imiş. Nə etmək olar?

Qərarı özüm verdim. Peşman deyiləm. Ayrılmaq zamanı olduğunu düşünürəm. Çox yorulmuşdum. Çünki çox şeyi tək idarə edirdim.

Düzdü, rəhbərlik başda olmaqla kömək olan, dəstək göstərən dostlar da vardı. Hamısı sağ olsun. Amma gördüm ki, belə davam etmək çətindir. Bilmirdim ki, komandanı düşünüm, yoxsa digər işlərlə maraqlanım.

Zaman lazım idi. Arxada qalan iki ildə əlimdən gələni etdim. Hər kəslə sağollaşıb ayrıldım".

XANOĞLAN

Seçilən
15
sportinfo.az

1Mənbələr