Müntəzəm olaraq, qaynar, 60 dərəcədən yuxarı istilikdə çay içməyi sevənlərdə qida borusu, qırtlaq xərçəngi olma riski 80% artır.
“Medicina” xəbər verir ki, Tehran universitetinin alimləri bunu elmi araşdırma ilə sübut ediblər.
Onlar İranın 50 min sakininin tibbi məlumatlarını təhlil ediblər.
Onların yaşı 40-75 arası olub.
10 il ərzində onlardan 456 nəfərində qida borusu karsinoması aşkarlanıb.
Analiz göstərib ki, gündə 60 dərəcədən yuxarı 700 ml çay içən və gündə 700 ml-dən çox çay içənlərdə - təxminən 5 stəkan bu xərçəng daha çox yaranıb.
“Çox insanlar isti çay, qəhvədən ləzzət alır, ilıq olanda içmir. Lakin qaynar içkilər fatal nəticələr velə bilər, çayı soyudub için”- deyə alimlər bildirib.
Aygün Musayeva