AZ

Bakı ilə Pekin arasında birbaşa uçuşlar artırılacaq

Fins.az - 2025-ci ilin əvvəlində Bakı ilə Pekin arasında birbaşa uçuşlar həftədə üç dəfəyədək artırılacaq. Bunu  Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə uçuşlar “Azərbaycan Hava Yolları” QSC tərəfindən həftədə iki dəfə həyata keçirilir. Çin aviaşirkətləri “Air China” və “Hainan Airlines” ilə də razılaşmalar var.

“Son aylarda Çinlə viza rejiminin liberallaşdırılmasının müsbət təsiri göz qabağındadır. Bu ölkə çox vacib bazardır və Büro bu istiqamətdə fəaliyyətini bundan sonra da gücləndirmək niyyətindədir”, - F.Zenqstşmid əlavə edib.

Seçilən
21
1
fins.az

2Mənbələr