Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 % və 9,2 % çox olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,8 milyon ton yük daşıyıb.
Yüklərin 3,7 %-i dəniz, 8 %-i dəmir yolu, 0,2 %-i hava, 59,3 %-i avtomobil nəqliyyatı, 28,8 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 % təşkil edib.
Hesabat dövründə nəqliyyatçılar 1 695 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 %-i avtomobil, 11,1 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
"Cebheinfo.az"