AZ

Azərbaycanda sərnişindaşıma 9 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 % və 9,2 % çox olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,8 milyon ton yük daşıyıb.

Yüklərin 3,7 %-i dəniz, 8 %-i dəmir yolu, 0,2 %-i hava, 59,3 %-i avtomobil nəqliyyatı, 28,8 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 % təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 695 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 %-i avtomobil, 11,1 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

"Cebheinfo.az"

Seçilən
22
7
cebheinfo.az

10Mənbələr