AZ

Rumıniya mediası ölkənin nümayədə heyətinin COP29-da iştirakı barədə məqalələr yayıb

Rumıniyanın qabaqcıl “Evenimentul Zilei” (“Günün hadisəsi”) qəzeti və xəbər portalı Rumıniya nümayəndə heyətinin Bakıda keçirilən COP29 konfrasında fəal iştirakı barədə yazıb.

Məqalələrdə bildirilir ki, COP29 heyətinə Rumıniyanın Ailə, Gənclər və Şansların Bərabərliyi Nazirliyinin Ailə və demoqrafiya siyasəti üzrə departamentinin baş direktoru xanım Aleksandra Dobre rəhbərlik edib. Qeyd olunub ki, Aleksandra Dobre rəhbərlik etdiyi nümayəndə heyəti ilə konfrans çərçivəsində təşkil olunan “Youth Climate Forum”a qatılıb. UNICEF tərəfindən təşkil olunan forumda iki rumıniyalı gənc - Eva və Miron da iştirak ediblər. Aleksandra Dobre tədbir barədə fikrini bildirərkən deyib: "Bu gənclərin iştirakını böyük məmnuniyyətlə qarşıladım. Rumıniya gənclərin iqlim siyasətlərində və qərarvermə proseslərində fəal iştirakını davamlı olaraq dəstəkləyir”. Konfransda, həmçinin Rumıniyanın "Gənclərin İqlim Dəyişikliyi Konfransı"nın təsisçilərindən olan Elena Miron və YOUNGO-nun (BMT-nin İqlim Dəyişikliyi üzrə Gənclər Konstitusiyası) siyasət komandasının üzvü Mara Ghilan da iştirak ediblər. Aleksandra Dobre, bu gənc liderlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəallığını vurğulayıb və onların yeni, innovativ siyasətlərin inkişafına böyük töhfələr verdiyini bildirib.

Aleksandra Dobre BMT-nin Avropa və Mərkəzi Asiya üzrə UNICEF-in Baş proqram mütəxəssisi Antonio Javanovski ilə görüşərək, gənclərin iqlim və davamlı inkişaf sahələrində daha aktiv iştirakını təmin etmək məqsədilə müxtəlif təşəbbüsləri müzakirə edib. Gənclər üçün təlim proqramlarının təşkil edilməsi, habelə yerli və milli gənclik şuralarının yaradılması kimi ideyalar da bu müzakirələrdə gündəmə gəlib.

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq məsələləri də görüşlərin əsas mövzularından olub. Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə keçirilən görüşdə enerji təhlükəsizliyinin artırılması məqsədilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Aleksandra Dobre, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verdiyini vurğulayıb.

Qeyd olunub ki, Aleksandra Dobre panel çıxışlarında, gənc nəsilin iqlim dəyişikliyinin uzunmüddətli təsirlərinə qarşı ən həssas qrup olduğunu bildirib və bu səbəbdən gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit siyasətlərində daha çox cəlb edilməsinin vacibliyini vurğulayıb.

Seçilən
26
xalqqazeti.az

1Mənbələr