AZ

2030-da hər kəs varlı ola bilər - NASA araşdırır

Belə desək, kosmosda sərvət var...

Turkustan.az xəbər verir ki, NASA Yerə gətirə bilsə, hər kəsi milyarder edə biləcək nəhəng qayanın ardıncadır. Təxmin edilir ki, buna nail olunarsa, adambaşına təxminən 1 milyard funt-sterlinq sərvət düşə bilər.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) dəyəri 8 kvintilyon sterlinq olaraq hesablanan nəhəng 16 Psyche asteroidini kosmosdan çıxararaq yerə gətirməyə çalışır. Bu nəhəng qaya parçasının elə potensialı var ki, onu yerə gətirmək mümkün olsa, hər kəsi milyarder edə bilər.

16 Psyche təxminən 220 kilometr diametrli nəhəng asteroiddir və 30 faizdən 60 faizə qədər metal tərkibi ilə diqqət çəkir. Tərkibindəki qiymətli metallar, xüsusilə platin və palladium avtomobil və elektronika sənayesi üçün kritik əhəmiyyətə malikdir.

Təxminlərə görə, bu asteroid Yerə gətirilərsə, adambaşına təxminən 1 milyard funt-sterlinq dəyərində sərvət düşə bilər.

Digər tərəfdən, NASA -nın bu missiyanı yerinə yetirməkdə əsas məqsədi bu göy cisminin kainatın əmələ gəlməsi ilə bağlı mühüm sirlərini açmaqdır.

Bildirək ki, NASA 2023-cü ilin oktyabrında "SpaceX-in Falcon Heavy" raketi ilə kosmosa kosmik gəmisini buraxdı. Avtomobil 2029-cu ildə asteroidə çatacaq və 391 milyon kilometr məsafə qət edəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr