AZ

İordan çayının qərb sahilində həbslər davam edir - Aralarında uşaqlar da var

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə  basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyindən verilən məlumata görə, İsrail ordusu gecədən etibarən Qalkilya, Tulkərim, Nablus, Beytüllahm, Hebron və Cenin şəhərlərində bir çox evlərə basqın edərək, həbslər həyata keşiriblər.

Qeyd olunub ki, İsrail əsgərləri basqınlar zamanı aralarında uşaqlar və keçmiş məhbusların da olduğu 15 nəfəri saxlayıb: "Basqınlar zamanı hərbçilər qəsdən fələstinlilərin evlərini dağıdıb, ailə üzvlərini alçatmaq məqsədiylə döyüb, təhdid ediblər".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
18
1
mia.az

2Mənbələr