AZ

Pakistanda dövlət rəsmilərini daşıyan helikopterə atəş açıldı

Pakistan rəsmilərini daşıyan helikopter Parachinarda hücuma uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın yerli mətbuatında məlumat yayılıb.

Peshavardan Kurram rayonuna doğru yola çıxan, hökumət üzvlərini daşıyan helikopterə Parachinarda atəş açılıb. Xoşbəxtlikdən helikopter təhlükəsiz eniş edib və nümayəndə heyətinin üzvləri xəsarət almayıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
13
teleqraf.com

1Mənbələr