AZ

Paşinyan güc strukturlarını niyə tez-tez dəyişir?

“Ermənistanın Baş naziri Nikol Paşinyan son dövlərdə Rusiya ilə bağlı mövqelərini yaxınlaşdırmağa çalışır”.

Busaat.az xəbər verir ki, bunu politoloq Turab Rzayev Ermənistan hökumətindəki istefaları Bakıvaxtı.aza şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, baş nazirin Qərbə inteqrasiyaya çox da inanmadığı ortaya çıxır:

“Bu məqam Paşinyanın komandasında narazılıqların yaranmasına səbəb ola bilər. Xüsusən, Gürcüstanda keçirilən seçkilərin nəticələri Rusiyanın regionda güclənməsinin anonsunu verdi. Paşinyan təkbaşına Qərbin maraqlarını regionda müdafiə edə biləcəyindən əmin deyil. O bilir ki, Rusiyanın təsiri ilə hesablaşmaq məcburiyyətində qalacaq. Görünür, Paşinyanın komandasındakı Qərbpərəstlər, heç bir halda Rusiya ilə əməkdaşlığa yaxın durmayanlar özləri istefa ərizəsi yazırlar. Bununla həm də Paşinyan hökuməti üzərində təzyiq formalaşdırırlar ki, hökumət Qərbpərəst mövqedən əl çəkməsin, Moskva ilə yaxınlaşmasın”.

image-turab-rza

Turab Rzayev: Paşinyan yeni siyasi düzənə uyğun kadrlar formalaşdırmağa çalışır

Analitik bildirib ki, Paşinyanın komandasında köhnə kadrlar çoxdur:

“Paşinyan özü küçə etirazları ilə hakimiyyətə gəlib. Onun əvvəlcədən vahid komandası olmayıb. Daha çox keçmiş liberal cinahdan olan Levon Ter-Petrosyanın komandasından istifadə edib. Yəni Paşinyan köhnə kadrlarla ölkəni idarə etməyə davam edir ki, onların içində “Qarabağ klanı” adlanan Koçaryan-Sarkisyan cütlüyünə aid kadrlar da var. Bunu ifadə etməsələr də, hökumətdə Rusiyaya bağlı kadrlar çoxdur. Paşinyanın güc strukturlarını vaxtaşırı dəyişməsi də bundan qaynaqlanır. İrəvanın məlumatı olmadan hərbi sahədə baş verən müəyyən hadisələr, təxribatlar da bunu göstərir. İstənilən halda Paşinyan yeni siyasi düzənə uyğun idarəetmə və kadrlar formalaşdırmağa çalışır”.

Məlum olduğu kimi, Baş nazir Nikol Paşinyan hökumətin mühüm postlarında çalışan rəsmiləri, o cümlədən, güc strukturlarının rəhbərlərini istefaya göndərib. İstefa verənlər arasında Ermənistan daxili işlər naziri, İstintaq Komitəsinin rəhbəri, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri və Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri də var. Bundan əlavə, parlamentin hakim “Vətəndaş Sazişi” partiyasından olan deputatlar Ovik Ağazaryan və Narek Zeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar. /Bakıvaxtı.az

Seçilən
2
1
busaat.az

2Mənbələr