AZ

Şimali Koreyalı general Ukraynanın zərbəsi nəticəsində yaralanıb

The Telegraph: Qərb rəsmiləri bildiriblər ki, yüksək rütbəli bir general Rusiya tərəfində Ukraynaya qarşı döyüşərkən yaralanan ilk yüksək rütbəli Şimali Koreya hərbi zabiti olub.

Generalın Ukraynanın avqust ayında başlayan hücumunu dəf etmək üçün minlərlə Pxenyan əsgərinin yerləşdirildiyi Rusiya ilə sərhəd Kursk bölgəsinə endirdiyi raket zərbəsi nəticəsində yaralandığı bildirilir.

“The Wall Street Journal”a danışan məmur kimliyini və onun dəqiq necə yaralandığını açıqlamayıb.

Çərşənbə günü Ukrayna Kurskdakı hərbi obyektə Böyük Britaniyadan alınmış ən azı 10 "Storm Shadow" raketi atıb.

Hədəf zirzəmiləri Rusiya hərbçiləri tərəfindən komanda mərkəzi kimi istifadə edilən və ehtimal ki, Şimali Koreyanın yüksək rütbəli məmurlarının yerləşdiyi şəhərdənkənar mlikanə olub.

Ukrayna əsgəri Rusiyanın Kursk şəhərində - FUTURE

Vaşinqton Şimali Koreyanı Rusiyaya 10 mindən çox hərbçi göndərməkdə ittiham edib və ötən ay onların Ukrayna qüvvələrinin qanuni hərbi hədəfinə çevriləcəkləri barədə xəbərdarlıq edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə günü axşam deyib ki, Rusiyada toplanan Şimali Koreya qoşunlarının “tezliklə” Ukraynaya qarşı döyüşə girəcəyini gözləyir.

Qoşunlar və davamlı artilleriya mərmiləri tədarükü müqabilində Vladimir Putinin Kim Çen Ina bir milyon barel neft, həmçinin hava hücumundan müdafiə raketləri verdiyi deyilir.

Böyük Britaniyanın açıq mənbə mərkəzinin BBC ilə paylaşdığı peyk görüntüləri Kremlin Şimali Koreyaya böyük həcmdə neft göndərməklə beynəlxalq sanksiyaları pozduğunu sübut edir.

Cümə günü Seulun təhlükəsizlik rəisi Şin Von deyib: “Pxenyanın həssas hava hücumundan müdafiə sistemini gücləndirmək üçün nəzərdə tutulan avadanlıq və zenit raketlərinin Şimali Koreyaya çatdırıldığı müəyyən edilib”.

Şimali Koreyalı generalın yaralanması ilə bağlı xəbərlərdən sonra Kim Çen In gərginliyin artmasında ABŞ-ı günahlandıraraq, Koreya yarımadasının heç vaxt daha böyük nüvə müharibəsi təhlükəsi ilə üzləşmədiyini deyib.

Şimali Koreya qoşunları Ukrayna ilə müharibəyə başlamazdan əvvəl Rusiyada təlim keçir - PARA PAX

Pxenyandakı hərbi sərgidəki çıxışında diktator Vaşinqtonu Şimali Koreyaya qarşı “davamlı təcavüzkar və düşmənçilik” siyasətinə görə tənqid edib.

“Koreya yarımadasında döyüşən tərəflər heç vaxt ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək bu qədər təhlükəli və gərgin qarşıdurma ilə üzləşməmişdilər”, deyə o bildirib. Bu barədə dövlət xəbər agentliyi KCNA məlumat yayıb.

Kim həmçinin Donald Trampla görüşmək istəmədiyinə işarə edib, amma seçilmiş prezident daha əvvəl onunla yaxın əlaqələri olduğunu bəyan edib.

“Biz artıq ABŞ-la danışıqlarda bacardığımız qədər irəli getmişik” deyə o bildirib və əlavə edib ki, Şimali Koreyanın təhlükəsizliyinin yeganə təminatı nüvə silahına malik ordusunu gücləndirməkdir.

Kim Pxenyandakı müdafiə sərgisində çıxış edib, qitələrarası ballistik raketlər, hipersəs raketləri və pilotsuz uçuş aparatları da daxil olmaqla bir sıra strateji və taktiki silahları nümayiş etdirib.

 

Seçilən
27
turan.az

1Mənbələr