AZ

Erməni deputatlar da parlamentlərarası foruma qatılacaqlar

Erməni deputatlar noyabrın 25-27-də Moskvada keçiriləcək MDB ölkələrinin parlamentlərarası forumunda iştirak edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Müvafiq sərəncamı parlament sədrinin müavini Akop Arşakyan imzalayıb.

Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Hayk Sarkisyan, “Mənim şərəfim” fraksiyasının deputatları Hayk Mamicanyan və Taron Markaryan Rusiya paytaxtına gediblər. 

Ermənistan parlamenti aparatının xarici əlaqələr şöbəsinin parlamentlərarası əlaqələr və Avropaya inteqrasiya şöbəsinin baş mütəxəssisi Alvina Santrosyan da Moskvaya yola düşəcək.

Seçilən
15
1
unikal.az

2Mənbələr