AZ

Mədəniyyət Nazirliyi Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası keçirib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.

Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.

Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət Mədəniyyət
Seçilən
14
8
apa.az

9Mənbələr