AZ

"Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki..." - Sabiq rəisdən olay kimi MÜSAHİBƏ

Ölkədə narkotik satan və istifadə edən qadınların, hətta azyaşlıların, gənclərin sayı artmaqdadır.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 6 min 247 nəfərdən 6 min 66-sı kişi, 181-i qadın olub.

Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, onlardan 16-18 yaşadək bir nəfər, 18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək iki nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4 min 835 nəfər təşkil edir.

Niyə qadınlar və gənclər narkotik vasitələrin qurbanına çevrilirlər? 

Qanunvericilikdə bununla bağlı boşluqlar varmı? 

Ümumiyyətlə, Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza tədbirləri nə qədər sərtdir?

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev "TV Müsavat"ın qonağı olub, bu və digər suallara cavab verib.

Moderator.az həmin videomaterialı təqdim edir:

Seçilən
24
4
moderator.az

5Mənbələr