Paytaxtın Azadlıq prospektində avtobus zolağının enli təşkil olunması sürücülərə qəza şəraiti yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sözügedən ərazidə sağ zolaqla hərəkət edən sürücülər qəfil avtobus zolağına çıxmış olurlar: “Təsəvvür edin ki, düz hərəkət etdiyiniz zaman anidən avtobus zolağına daxil olursunuz. Bu halla qarşılaşan sürücülərin əksəriyyəti zolağa keçid etməmək üçün dönmə işığını yandırmadan, yaxud avtomobilin güzgüsünə baxmadan sol zolağa manevr edirlər və qəzaya düşürlər. Ona görə də ehtiyatlı olmalısınız və öncədən orta zolaqla hərəkət etsəniz daha yaxşı olar”.
Nərmin