ABŞ və digər NATO dövlətləri raketlərinin Rusiyanın sərhədyanı Kursk və Bryansk vilayətlərinə zərbələr endirməsindən sonra Moskvaya qarşı tamhüquqlu müharibəyə başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, alyans Ukrayna münaqişəsinin davam etməsi üçün çalışır.
Rusiyaya Qərb silahları ilə zərbələr endirməkdən danışan Medvedev bu hərəkətlərin cavabsız qalmayacağını vurğulayıb.