AZ

Almaniya XİN BCM-nin Netanyahu və Putinin həbsinə dair orderləri arasındakı fərqi açıqladı

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderləri ilə bağlı vəziyyət fərqlidir. Onun sözlərinə görə, İsrail HƏMAS-ın hücumunun qurbanı olub, Rusiya isə "beynəlxalq hüququ pozaraq ölkəyə hücum edib".

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verir.

"Mən Benyamin Netanyahunun Putinlə müqayisəsini bir daha vurğulamaq istərdim: bu, tamamilə fərqlidir, çünki Rusiyada İsraildən fərqli olaraq, işləyən ədliyyə sistemi yoxdur", deyə Vaqner çıxışı zamanı bildirib. 

Xatırladaq ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın "uşaqların Ukraynadan qanunsuz çıxarılması” işi ilə bağlı həbs qərarı verib. Rusiya hakimiyyəti BCM-ni tanımadıqlarını və onu qeyri-legitim hesab etdiklərini bildiriblər.

2024-cü il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və İsrailin işdən çıxarılan müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Qərar 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş "insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə əlaqədar qəbul edilib. İsrail BCM-ni antisemitizmdə ittiham edib.

Nizami Bağırov
Seçilən
22
50
qaynarinfo.az

10Mənbələr