AZ

Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."

Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı çıxarmasına Türkiyə lideri Ərdoğandan ilk rəsmi münasibət gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu qərarı cəsur addım sayıb: “Həbs qərarına dəstəyimiz, sözsüz ki, dəyişməzdir. Bu cəsaur qərarın konvensiyanın bütün tərəfləri tərəfindən həyata keçirilməsi vacibdir".

Ərdoğan deyib ki, Türkiyə Qəzzaya ən böyük yardım edən ölkədir: "Qəzzayə 86 min ton, Livana 1300 ton humanitar yardım çatdıraraq bölgədəki qardaşlarımıza ən çox dəstək verən ölkələrdən biri olduq. İsraillə ticarətimizi tam kəsdik. İsrailin sionist idarəçilərinə hər addımda  ilə Qəzzada törətdiyi cinayətlərə etiraz etdik.” Millətimizlə birlikdə küçələri, meydanları və küçələri doldurduq və başda BMT Təhlükəsizlik Şurası olmaqla, bütün beynəlxalq qərarvermə mexanizmlərini səfərbər etdik. İsrailin Fələstində törətdiyi soyqırımını ən qısa zamanda dayandırmaq üçün gücümüzü səfərbər etmişik. Bu istiqamətdə səyimiz davam edir, edəcək".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
17
mia.az

1Mənbələr