AZ

Ət idxalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 48 min 241 ton ət idxal edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 104 milyon 834 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13 min 381 ton (38,4 %), dəyər baxımından isə 34 milyon 839 min ABŞ dolları (49,7 %) çoxdur.

10 ay ərzində ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

Seçilən
8
5
operativmm.az

7Mənbələr