AZ

Lidi Nakpil: İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi üzrə təklifi qəbuledilməzdir

İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə təklifi qəbuledilməzdir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Ödənişlər və inkişaf üzrə Sakit okean Hərəkatının nümayəndəsi Lidi Nakpil bildirib.

"Bu razılaşma qəbuledilməzdir. Həqiqətən pis razılaşma ilə razılaşmaqdansa, daha bir il mübarizə aparmağı üstün tuturuq. İnkişaf etməkdə olan ölkələrin hökumətlərini bundan imtina etməyə çağırırıq, bu bizə təklif ediləndən daha yaxşıdır", - o bildirib.

L.Nakpilin sözlərinə görə, inkişaf etmiş dövlətlərin təqdim etdiyi NCQG hədəfləri daha çox zarafata bənzəyir və təhqiredicidir.

Bununla belə, o, Qlobal Cənub hökumətlərinin də NCQG təklifi ilə razılaşmamasından məmnunluğunu ifadə edib.

Seçilən
25
far.az

1Mənbələr