AZ

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub, funksiyaları "Azərenerji" və "Azərişıq"a ötürüləcək - FƏRMAN

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Seçilən
5
10
apa.az

10Mənbələr