“Liverpul” yayda transfer edə bilmədiyi futbolçu üçün yenidən cəhd edəcək.
Msport.azxəbər verir ki, Premyer Liqa nəhəngi “Real Sosyedad”da çıxış edən Martin Zubimendini heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mövsümün əvvəlində “Liverpul”un təklifini qəbul etməyən ispan yarımmüdafiəçi üçün yanvar ayında yeni təklif göndəriləcək. “Arsenal” da 25 yaşlı orta xətt oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, Martin Zubimendi “Real Sosyedad”ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.