AZ

Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

Image

Azərbaycan daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. COP29 ölkəmizin beynəxalq nüfuzu, iqtisadi qüdrəti və etimad gücünü bir daha ortaya qoydu. Bu həm də 44 günlük vətən müharibəsindən sonra yaranmış olan Azərbaycan reallıqlarının nümayişi kimi də qiymətləndirilməlidir. Bütün qərəzə və təxribatlara baxmayaraq, bütün dünya ictimaiyyəti Bakının mühüm əlaqələndirmə və dialoq məkanı kimi etibarını və nüfuzunu aydın şəkildə görmüş oldu.
 Azərbaycanın COP29 tədbirində itirdiyi olmadı, daha çox qazandı. Bütün dünya xalqları, bütün əlaqəli ölkələrin Azərbaycana etimadı formalaşdı. Düzdür, bəzi Qərb ölkələri bu məsələdə də Azərbaycana qarşı qərəzli mövqe tutdular. Xüsusilə Fransa və ABŞ-ın COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsinə, Azərbaycanın bu nəhəng tədbirə uğurla ev sahibliyi etməsinə olan qısqanc və riyakar münasibəti ortada olan acı faktdır. Onlar dünyanın iqlim problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya qarşı qərəzli mövqe tutdular. İkili standartlar Qərbin ənənəvi xəstəliyidir. Dövlət başçısı İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Bu, əslində Qərb dairələrinin qərəz dolu real mənzərəsinin obyektiv tərifidir. Amma fakt faktlığında qalır ki, bu ölkələrin sağlam düşüncəli ictimai-siyasi dairələri, media qurumları da Azərbaycanın haqlı olduğunu və beynəlxalq təşkilatlara ev sahibliyi etməklə yüksək səviyyədə həyata keçirdiyini etiraf etdilər.
 Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən Bəyannamələr gələcək fəaliyyətin konturlarını təqdim edir, həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərin həllində hansı potensial imkana malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu.
 Daha bir vacib məqama diqqət edək. Azərbaycanda hüquqi dövlətçiliyin inkişafını hədəfləyən absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP Atəşkəsi” təşəbbüsünə 1200 -dən çox təsisat, qeyri-hökuməti təşkilatı, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlərlə təsissatları təmsil edən on minlərlə insanın ölkəmizdə fəliyyəti bu abursd ittihamlara ən tutarlı cavabdır.
Azərbaycan bir daha dünyada ədalətli və dünyanın etimad etməli olduğu ölkə olduğunu göstərdi. Bəs bu mühüm beynəlxalq iqlim müzakirələrindən ölkəmizin qazancı nə oldu? İlk növbədə Azərbaycanın qazancı həm də o oldu ki, müxtəlif koloniya və imperiya altında olan xalqların Azərbaycan dövləti və xalqına qarşı etimadı daha da artdı. Bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin bariz nümunəsidir.

Mətləb Salahov






Seçilən
17
baki-xeber.com

1Mənbələr