AZ

Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar Konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzi (ISARC) və Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar Konfransı keçirilib.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, hibrid formatda keçirilən konfransın plenar iclasında MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın yaranma tarixi, fondları, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Direktor kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunda toplanan nəşrlər haqqında ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb.

İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov və konfransın qrup rəhbəri Yasəmən Ağaoğlu azərbaycanlı yazarların kitablarının QR kodlarının yerləşdirildiyi elektron plakatı MEK oxucularının istifadəsi məqsədilə kitabxanaya hədiyyə edib, yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Konfransda 250-dək məruzə və təqdimat dinlənilib.

Sonda konfransın iştirakçılarına sertifikatlar təqdim olunub.

Seçilən
19
tehsil.biz

1Mənbələr