Ukrayna istehsal gücünə ziyan vurması və şəbəkələrdə çatışmazlıqlar fonunda Avropadan elektrik enerjisi idxalını üç dəfə artırıb.
Ukrayna Energetika Nazirliyinin məlumatına görə, noyabrın 23-də ölkə saatda 11 606 MVt enerji alacaq. Bir gün əvvəl idxal saatda 7408 MVt, noyabrın 18-də isə 3427 MVt/saat təşkil edib.
Kiyevdə gecə saatlarında iki transformator partlayıb.
Bundan əvvəl Ukraynanın paytaxtında və bəzi regionlarda elektrik enerjisinin fövqəladə kəsilməsi ilə bağlı məlum olub.
DOĞRU.AZ