AZ

Novella Cəfəroğlu: "İndi normal pensiya alıram, məbləği açıqlamaq istəmirəm"

Novella

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsindən danışıb.

Reyting.az-ın məlumatına görə, o, Pravda.az-a açıqlamasında deyib ki, məsələ həll edilib.

“Pensiyaya görə problem yaranmışdı, həll edildi. Mən çox vergi vermişdim, onlar isə bunu pensiyamın üzərinə gəlməmişdilər. Araşdırdıq, məbləği pensiyamın üzərinə əlavə etdilər, indi normal pensiya alıram. DSMF ilə heç bir problemim yoxdur”, – o bildirib.

N.Cəfəroğlu nə qədər pensiya alması barədə rəqəm açıqlamaq istəməyib: “Açıqlamaq istəmirəm, əlimdən alarlar…”
Seçilən
1
3
reyting.az

4Mənbələr