AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 20 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin eyni dövrünə nisbətən 20,4 % artaraq 24,2 min nəfər olub.

"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 10 ay ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 7 milyon 164,2 min ton təşkil edib və illik müqayisədə 6,4 % azalıb. Yüklərin 47,6 %-ni neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları 11 milyon 704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib, yüklərin 9 milyon 360,2 min tonunu və yaxud 80,2 %-ni tranzit yüklər təşkil edib.

Bu ilin noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub.

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

4Mənbələr