AZ

57 yaşlı kişi bacısı oğluna niyə xəsarət yetirdi? — TƏFƏRRÜAT

Saaatlı rayonunda 1967-ci il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı oğlu Sərvinə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 avqust 2024-cü ildə, saat 23:30-da Saatlı şəhəri H.Əliyev prospektində baş verib. 

həmin küçədə yerləşən və icarə əsasında işlətdiyi kafedə olarkən bacısı oğlu Sərvinin bir gün əvvəl kafeyə gətizdirilmiş soyuducunun avtomobildən düşürdülməsinə köməklik etməsi səbəbindən dayısından 20 manat pul istəyib. Musa pul verməkdən imtina edib, kafenin qapısını bağlayaraq piyada evə tərəf gedib. 

Bu zaman Sərvin onun arxasınca gəlib və nalayiq söyüşlərə dayısını söyüb. Bu vaxt Sərvinin təşəbbüsü ilə başlanmış mübahisə zamanı Musa onun boğazından tutaraq yerə çırpıb. Sonra boğaz nahiyəsindən sıxması nəticəsində Sərvinə xəsarətlər yetirib. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib. 

Bu cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr