AZ

“Volkswagen” elektrikli traktorların istehsalına başladı - FOTO

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” Şərqi Afrika ölkələrindən biri olan Ruandada maraqlı layihə həyata keçirib.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, “Volkswagen Group Africa” bu layihə çərçivəsində elektrikli traktorlarının istehsalına başlayıb. “GenFarm” adlı layihə çərçivəsində istehsal olunacaq traktor rayon fermerlərinin həyatını asanlaşdıracaq.

“Volkswagen Group Afrika” CEO-su Martina Bien, Ruandanın əhəmiyyətli bir bazar olduğunu vurğulayıb.

Volkswagen,

“GenFarm” çərçivəsində istehsal ediləcək elektrikli traktorlar 27 at gücünə uyğun gələn 20 kVt gücündə elektrik mühərrikinə sahib olacaq. Bu elektrik mühərriki 32 kVt/saat tutumlu dəyişdirilə bilən akkumulyatorlardan enerji alacaq. Bununla da fermerlər ehtiyat akkumulyatorlardan istifadə etmək imkanı əldə edəcəklər.

Qeyd edilir ki, traktorun Ruandadan kənarda kütləvi istehsalına başlanacağı gözlənilmir.

 

Namiq Musayev

Seçilən
45
avtosfer.az

1Mənbələr