AZ

"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

Image

Avropa nəşrinin "qaz qumbarası" "brak" çıxdı

Son zamanlar Avropa mediasının Azərbaycanın karbohidrogen sənayesini müxtəlif rakurslardan yanaşılaraq ləkələmək cəhdləri geniş vüsət alıb. "Politico", Bloomberg və digər dünyaca məşhur nəşrlər bu istiqamətdə öz fantaziyalarını işə salıblar. 

Bir necə həftə əvvəl Boolmberg agentliyi yazmışdı ki, guya Azərbaycan Rusiyaya 12-14 milyard kubmetr qaz verəcək ki, Rusiya Ukrayna üzərindən Avropaya qaz ötrülməsini dayandırmasın. Yəni guya rus qazının etiketi dəyişdirilərək Ukrayna üzərindən Avropaya Azərbaycan qazı kimi nəql ediləcək. Birincisi, bəlkə də bu sxem heç Azərbaycanın qaz sənayesini idarə edənlərin ağlına belə gəlməyib. İkincizi isə, Azərbaycanla Rusiya arasında qaz kəməri infrastrukturu il ərzində yalnız 3-4 milyard kubmetr qaz ixrac etmək imkanına malikdir. Yəni texniki baxımdan mümkun olmayan bir əməliyyatı Bloomberg öz məqaləsində reallıq kimi təqdim etmiş və vurğulamışdı ki, guya artiq bu əqd üzrə müqavilə bağlanıb. Halbuki, nə buna texniki durum imkan verir, nə də buna bənzər bir müqavilə ortada var.

İndi isə "Politico" fantaziyasına güc verərək yazır ki, guya Azərbaycan rus qazını idxal edərək, onun etiketini dəyişdirərək Azərbaycan qazı kimi Avropaya satir və bununla da guya anti-Rusiya sanksiyalarından (SDN) yayınır.

"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" məqaləsi dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb. O əlavə edir ki, məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur: "Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başadüşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?

Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.

Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. "Politico"nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!".

Bu gün Azərbaycanın qaz hasilati sənayesinin investirları və hasilatçıları Avropa şirkətləridir. Azərbaycan qazının boyük əksəriyyətinin satıcısı rolunda da həmin şirkətlər çıxış edir. Ona görə də "Politico"nun Avropa nəşrinin bu Avropa və Amerika şirkətləri ilə əlaqə saxlayib, Azərbaycan qaz sənayesinin idxal-ixrac əməliyyatlarının statistikası ilə müfəssəl şəkildə tanis ola, onu araşdira və təhlil edə bilərdi. Lakin nəşr bilir ki, bu araşdirmanı aparsa qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün arqument tapa bilməyəcək. Ona görə də "Politico"nun Avropa nəşri məqaləni hazırlayarkən bir dənə də olsun əsalandırılmış fakta əsaslanmır. Məqalə başdan-başa mülahizələr və Azərbaycandan narazı olan fərdlərin və ictimai təşkilatların fikirləri əsasında hazırlanıb.

Məqalədə iqlim dəyişmələri məsələsinə də toxunulur və vurğulanir ki, COP29 keçirilən ölkə - Azərbaycan hasilat yanacağının istehsalını artirmaqada davam edir. Bu ittihama cənab prezident İlham Əliyev elə sessiyanin açlışında cavab verdi və nə yaxşı ki, bu cavab da məqalədə yer alıb: "Qaz ixracının artırılması “bizim fikrimiz deyildi”, Əliyev deyib - “Bu, Avropa Komissiyasının təklifi idi... Çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən bizim qazımıza ehtiyacları var idi. Dedik ki, yaxşı, köməyimizə ehtiyac olarsa, hər zaman kömək etməyə hazırıq”.

Bu il Avropa Azərbaycan, Qətər və Norveç qazı hesabına 100 milyard kubmetr rus qazından imtina edib. Avropa mediasına elə gəlir ki, rus qazından imtina, ümumiyyətlə Avropanin qazdan imtina anlamına gəlir. Amma bu belə deyil, ehtiyaclar başqa mənbələr hesabina ödənilir.

Hazırda ABŞ, Cin və Avropa dövlətlərinin rəsmi nümayəndələri Bakıda keçirilən COP29-da hasilat yanacağının azaldilması ilə bağlı öhdəlikdən imtina edir, iqlim dəyismələrinə qarşı mübarizə fonduna vəsait vermək istəmir. Nədən "Politico" bu məsələni işıqlandırmır, amma Azərbaycanı etmədiyi bir işə görə suçlayır? Ona gorə ki, nəşr məhz Azərbaycana qara yaxmaq üçün sifariş alıb, bunun başqa adi yoxdur.

Akif NƏSİRLİ





Seçilən
7
baki-xeber.com

1Mənbələr