Almaniya bankları Qazprombank tərəfindən buraxılan UnionPay kartlarına xidmət göstərməyi dayandırıb.
TASS xəbər verir ki, Sparkasse bankomatından nağd pul çıxarmaq istəyərkən “Bu funksiya hazırda əlçatan deyil” bildirişi görünür. Noyabrın 22-də səhər saatlarında funksiya mövcud idi.
Deutsche Bank da xidməti dayandırıb.
Bundan əvvəl Türkiyə bankları da Qazprombank tərəfindən buraxılan UnionPay kartlarına xidmət göstərməyi dayandırıb.
DOĞRU.AZ