AZ

Avropada biznes aktivliyi azalıb

Fins.az - Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) oktyabr ayı ilə müqayisədə noyabr ayında 46 bənd səviyyəsindən 45.2 bənd səviyyəsinə qədər geriləyib.

Analitiklər göstəricinin dəyişməyəcəyini ehtimal edirdilər. Avrozonanın xidmət sektorunda PMI-ın 51.6 bənd səviyyəsində qalacağı ekspertlər tərəfindən proqnoz olunsa da, göstərici 49.2 bəndədək zəifləyib. 

Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda PMI 43 bənddən 43.2 bəndədək yüksəlib. Ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi isə 51.6 bənd səviyyəsindən 49.4 bənd səviyyəsinədək enib. Analitiklər göstəricilərin müvafiq olaraq 43.1 bənd və 51.8 bənd təşkil edəcəklərini proqnozlaşırmışdılar.

Böyük Britaniyanın xidmət sektorunda PMI 52 bənddən 50 bəndədək, Kompozit PMI göstəricisi isə 51.8 bənddən 49.9 bəndədək zəifləyib.

Seçilən
11
fins.az

1Mənbələr