AZ

Ançelotti Mbappenin mental durumundan DANIŞDI

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kilian Mbappe haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, La Liqanın 14-cü turu çərçivəsində "Leqanes"lə matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:

"Mbappenin mental problemi var? Bu nə sualdır... Mən onu xoşbəxt görürəm. Siz bu haqda yalnış məlumat yayırsınız. Bu, çox pisdir".

Qeyd edək ki, daha öncə mətbuatda Kilian Mbappenin mental sağlamlığına təcavüzlə bağlı ittihamlar və pis oyun göstəricilərinin zərər vurduğu bildirilmişdi.

Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr