AZ

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib. 67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

"Cebheinfo.az"

Seçilən
3
19
cebheinfo.az

10Mənbələr