AZ

MS uduzduğu rəqibin hücumçusunu onun əlindən alır

“Mançester Siti”nin hücum xəttini kiminlə gücləndirəcəyini müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb. 

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi "Sportinq"in hücumçusu Maksimiliano Arauxonu transfer etməkdə maraqlıdır.

İngiltərə klubu uruqvaylı futbolçuya ciddi maraq göstərir və qışda Portuqaliya klubuna rəsmi dəvət etməyi planlaşdırır. 

Arauxo bu mövsüm bütün yarışlarda 14 matçda iştirak edib. Futbolçunun hesabında 3 qol və 1 məhsuldar ötürməsi var. Onun "Sportinq"lə hazırki müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.

Xatırladaq ki, "şəhərlilər" UEFA Çempionlar Liqasındakı son oyununda məhz “Sportinq”lə qarşılaşıb və 1:4 hesabı ilə uduzub

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr