AZ

“Power Shift Africa”nın direktoru: ABŞ iqlim maliyyələşməsi üzrə məsuliyyətdən "Böyük Qaçış" təşkil edib

İnkişaf etmiş ölkələr ədalətli iqlim maliyyələşməsini təmin edəcək iddialı razılaşma qəbul etməlidir.

“Far.Az” xəbər verir ki, bunu “Power Shift Africa”nın direktoru və təsisçisi Məhəmməd Edou (Mohamed Adow) COP29 iqlim konfransının kuluarlarında jurnalistlərə bildirib.

"İnsanların həyatı təhlükə altındadır. Biz varlı dünyanın sadəcə öz məsuliyyətindən qaçmasına icazə verə bilmərik. Bizim müşahidə etdiyimiz ABŞ-nin başçılıq etdiyi və arxasında yerdə qalan varlı dünyanın gizləndiyi "böyük qaçışdır", - o vurğulayıb.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr COP29-da razılaşmaların pozulmasına yol verməməlidir.

"İnkişaf etmiş ölkələrin öz tarixi məsuliyyətlərini dərk etməsi və zərurətə uyğun hərəkət etməsi lazımdır", - o vurğulayıb.

M.Edounun sözlərinə görə, danışıqların uğurlu olması yalnız varlı ölkələrin qrant və güzəştli maliyyələşdirmə şəklində ən azı 600 milyard ABŞ dolları ayırmağa razı olacağı təqdirdə mümkündür.

O qeyd edib ki, bu vəsaitlər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, onlara uyğunlaşma, həmçinin itki və zərərlərin kompensasiyası üçün lazımdır: "Biz zəif razılaşmadan imtina edəcəyik. 600 milyard ABŞ dollarından aşağı olan heç bir şey dünyaya iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək etməyəcək. Varlı dünya məsuliyyəti öz üzərinə götürənə və iqlim böhranının miqyasına uyğun həll təklif edənə qədər burada olacağıq".

Seçilən
5
5
far.az

6Mənbələr