AZ

Kuba nümayəndəsi: "Qlobal Şimal müharibələrə trilyonlarla dollar xərcləyir, iqlim üçün isə heç nə"

"Biz bu konfransın son saatlarındayıq və hələ də nəticələr əldə edilməyib".

Bunu hakimiyyet.az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Kubanın xarici işlər nazirinin ətraf mühit məsələləri üzrə müavini Pedro Pedroso deyib.

O qeyd edib ki, COP29-da əsas məsələ olan iqlim maliyyələşməsi üzrə yeni kollektiv və kəmiyyət hədəfinə dair uzun müzakirələri aparıblar:

"İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə gələcək maliyyələşmə üçün hələ də rəqəm yoxdur ki, bu da utancvericidir. Çünki bildiyiniz kimi, dünya müdafiə və müharibələrə trilyonlarla dollar xərcləyir və görünür ki, Qloal Şimal iqlim gündəliyi və iqlim fəaliyyətini həyata keçirmək üçün lazım olanı xərcləmək istəmir".

Məhərrəm Əliyev

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr