AZ

"DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm"

"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub".

Bu sözləri Axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib.:

"Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.

Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi. Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib".

Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:

"Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi, dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar məcbur mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildirk. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb".

N.Əliyev bir müddət əvvəl verdiyi müsahibə ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, insanlar onun pul qarşılığında belə açıqlama verdiyini düşünüb:

"Hamı elə bilir hər şey şoudur, uşağın atası isə başqa adamdır. Hətta çoxları yazır ki, uşağın atasının kimliyini bilirlər. Hamıya bildirmək istəyirəm ki, bizim evliliyimiz həqiqidir. Biz bir ailə olaraq yaşamışıq, əminəm ki, uşaq mənimdir. Bütün şübhələri yox etdrmək üçün mən DNT analizi edəcəyəm. Bunun cavabını isə mediada açıqlayacağam. Sadəcə, indi ən əsas məqam uşağın və Razinin sağlamlığıdır. Uşaq xəstəxanadan çıxan kimi bununla məşğul olacağam".

Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:

"Hələ yox. Məhkəmənin birinci iclası bu ayın 25-nə təyin edilib. Məncə, uşaq Razidən ağıllıdır, qanuni nikahdan doğulmaq istəyib (gülür). Ümid edirəm ki, uşağın anadan olmasını nəzərə alaraq məhkəmə bizi boşamaz. Çünki Razi xanımın boşanmaqda tələsməyinin yeganə səbəbi məni uşaqdan ayırmaqdır. Mənim isə tək istəyim uşağımı böyütmək və ona lazımi tərbiyəni verməkdir. Onun ilk addımlarını görmək, sözlərini eşitmək istəyirəm. Hər zaman övladımın yanında olacağam və çalışacağam düz mühitdə böyüsün".

Qeyd edək ki, Razi və Nicat ayrılıb. Nicat Razinin boşanmaq üçün iki vəkil tutduğunu deyib. 

Seçilən
14
13
musavat.com

10Mənbələr