AZ

“Qadınların xəyanətinin səbəbi kişilərdir” - Psixoloqdan rəy

Xəyanət dedikdə ilk ağla gələn kişilər olsa da, son dönəmlər qadınların da xəyanəti gündəmə gəlir.

Qadınlar niyə xəyanət edir?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, bəzi qadınlar münasibətlərində emosional və ya fiziki ehtiyaclarının qarşılanmadığını hiss edirlər:

“Yəni, əgər qadın, həyat yoldaşından və ya sevgilisindən kifayət qədər diqqət, anlayış və emosional dəstək almırsa, bu, onları başqa bir şəxsdən bu ehtiyacları ödəmək üçün axtarışa yönəldə bilər. Qadınlar, münasibətlərində məmnuniyyətsizlik yaşadıqlarında, məsələn, tərəfdaşlarının onlara qarşı soyuq və ya sevgisiz davranmaları, zəif kommunikasiya və ya başqa bir şəkildə əlaqədə olan boşluqları hiss etdikləri zaman xəyanət edə bilərlər. Bu, onların şəxsi ehtiyaclarını və istəyini təmin etmək üçün başqa bir yerdə axtarış etmələrinə səbəb olur.

Bəzi qadınlar üçün, cəlbedici bir tərəfdaşın təklif etdiyi diqqət və cazibə, xüsusən də güvən və təqdir hissi, onları cəlb edir. Əgər bir qadın, əlaqənin tərifini və gözləntilərini gözlədiyi şəkildə tapmırsa, bu, xəyanət etməyə gətirib çıxarır”.

Murad


 

Seçilən
20
hit.az

1Mənbələr