ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəhbəri vəzifəsinə həkim və ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Deyv Ueldonun namizədliyini irəli sürüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
"Keçmiş konqresmen Deyv Ueldonun CDC-nin direktoru vəzifəsinə namizəd göstərildiyini elan etməkdən məmnunam. Deyv Amerika ailə dəyərlərini başa düşür və inanıram ki, Deyv şəffaflıq, bacarıq və yüksək standartlara diqqət yetirəcək", - deyə Tramp qeyd edib.