AZ

Rusiya millisinin qapıçısı:“Bəzən “Qarabağ”ın oyunlarını izləyirəm”

SSKA-nın (Moskva) qapıçısı İqor Akinfeyev avrokuboklar zamanı “Qarabağ”ın oyunlarını izlədiyini deyib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, ölkəsinin sport24.ru saytına müsahibəsində bildirib.

Rusiya millisinin 38 yaşlı qapıçısı ona ünvanlanan “avrokubok oyunlarını izləyirsinizmi?” sualına cavab olaraq deyib:

“SSKA-nın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko (Azərbaycan millsinin sabiq qapıçısı və məşqçisi - red.) “Qarabağ”a azarkeşlik edir.

Ona görə də mən bəzən onların Avropa Liqasındakı oyunlarını izləyirəm.

Bu mövsüm bütün rəqibləri ilə bərabər səviyyədə oynasalar da, hamısında uduzublar (“Qarabağ”ın “Bodo Qlimt” üzərindəki qələbəsi müsahibədə qeyd olunmayıb - red.). Bu isə artıq səviyyə məsələsidir”.

Seçilən
6
1
sportinfo.az

3Mənbələr